Gədəbəydə rayon turniri keçirilib
5-8 mart tarixlərdə 64 xanalı dama üzrə 10-19 yaşlı gənc oğlan və qızlar arasında 5 mart " Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş 64 xanalı dama üzrə 10-19 yaşlı gənc oğlan və qızlar arasında rayon turniri keçirilib.

Uşaq Gənclər İdman məktəbində 30 oğlan və 7 qız iştirakı ilə keçirilən yarışın məqsədi dama idman növünün təbliği və ən güclü idmançıları müəyyən etmək olub.

Sonda ilk yerləri tutmuş idmançılar Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.

Xəbər 939 dəfə oxundu.