Rusiya yığmasının heyəti açıqlanıb
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə F qrupunda mübarizə aparan Rusiya yığmasının heyəti açıqlanıb.

Millinin rəqibi martın 22-də Şimali İrlandiya yığması ilə DÇ-2014-ün seçmə mərhələ oyunu, martın 25-də isə Braziliya millisi ilə yoldaşlıq görüşü keçirəcək.

Qapıçılar: İqor Akinfeyev (SSKA), Vladimir Qabulov (“Anji”), Sergey Rıjikov (“Rubin”).

Müdafiəçilər: Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Kiril Nababkin (hamısı – SSKA), Vladimir Qranat (“Dinamo”), Andrey Yeşenko, Arseniy Loqaşov (hər ikisi – “Anji”), Dmitri Kombarov (“Spartak”).

Yarımmüdafiəçilər: Vladimir Bıstrov, İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı – “Zenit”), Denis Qluşakov, Maksim Qriqoryev, Dmitri Tarasov, Aleksandr Səmədov (hamısı – “Lokomotiv”), Yuri Jirkov, Oleq Şatov (hər ikisi – “Anji”).

Hücumçular: Aleksandr Kerjakov (“Zenit”), Alan Dzaqoyev (SSKA), Aleksandr Kokorin (“Dinamo”).

Xəbər 817 dəfə oxundu.