Azərbaycan yığması yoldaşlıq oyunu keçirib
Yunanıstanda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. “Xalkida” komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb.

Yunanıstan təmsilçisinin qapısından topları Vüqar Əlibabayev, Renat Ağaverdiyev və Mahir Mədətov keçirib.

Xəbər 827 dəfə oxundu.