Binəqədidə kross yürüş üzrə tədbir keçirilib
Martın 5-də Binəqədi rayonunda 350 nəfərdən ibarət idmançının iştirakı ilə “5 mart Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd olunması münasibəti ilə kross yürüş üzrə tədbir keçirilib.

“Dərnəgül” metrostansiyasının üzərindəki ərazidə keçirilən yarışın məqsədi idarə, müəssisə və təşkilatlar arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, 5 mart bədən tərbiyəsi və idman gününün rayonda qeyd edilməsi olub.

Sonda Yürüşdə fərqlənən 5 nəfər qız və 5 nəfər oğlan Binəqədi Rayon İcra Hakimiyyətinin diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 802 dəfə oxundu.