Fevral ayının ən yaxşı futbolçusu
Peşəkar Futbol Liqası Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusunun adını açıqlayıb. Ötən ay çempionatın əni yaxşı futbolçusu “Neftçi”nin hücumçusu Nikolas Kanales olub.

Premyer Liqanın bombardiri bu gün AFFA-nın inzibati binasında keçirilən mərasimdə PFL və “Topaz” tərəfindən mükafatlandırılıb. Çilili forvarda “Topaz” tərəfindən 1500 manat pul, PFL tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Fevralın ən yaxşı qolunun müəllifini də Asif Məmmədov da mükafatlandırılıb. “İnter”in futbolçusu “Xəzər Lənkəran”ın qapısına vurduğu qola görə 1000 manat pul və qiymətli hədiyyələr alıb.
PFL həmçinin Premyer Liqanın 10 mininci qolunun müəllifi Elvin Məmmədova da mükafat verib.

Xəbər 828 dəfə oxundu.