Mingəçevirdə qaçış üzrə yarış keçirilib
4 mart Yaşar Məmmədzədə adına Mingəçevir şəhər stadionu “5 mart Bədən tərbiyəsi və İdman günü” nə həsr olunmuş orta məktəb şagirdləri arasında 4 x 100 m. məsafəyə estafet qaçış üzrə yarış keçirilib.

Orta məktəb şagirdlərindən 88 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi şəhəri resupblika yarışlarında təmsil edəcək idmançı və komandaların müəyyən edilməsi, orta məktəb şagirdlərinin fiziki və texniki hazırlığına baxış, perspektivli idmançıların aşkar edilməsi olub.

Sonda birinciyə 10 saylı, ikinciyə 1 saylı, üçüncüyə Texniki Humanitar Lisey layiq görülüblər.

Xəbər 965 dəfə oxundu.