Platini təhqir edildi
Dünən İtaliya A Seriyasının 28-ci turunda keçirilən “Latsio” – “Fiorentina” (0:2) qarşılaşması zamanı maraqlı anlar yaşanıb. Ev sahibinin azarkeşləri UEFA prezidenti Mişel Platinini təhqir edən pankart açıb.

“Latsio” azarkeşləri UEFA-nın Super Kubok final oyununu mayın 29-da keçirməsinə etiraz edib. Pankartda Platini “donuz” adlandırılıb. “Heysel, 29.05.1985. Oynayacaq gücü özündə tapdın… Və 39 ölünün qarşısında qələbəni qeyd edəcək günü də… Platini donuzu, sən əxlaqsızsan”.

Qeyd edək ki, azarkeşlərin bu günə etiraz etmələrinin səbəbi 1985-ci il mayın 5-də baş verən hadisə olub. Belə ki, Brüsseldə yerləşən “Heysel” stadionunda Super Kubok finalında “Yuventus” – “Liverpul” (1:0) matçı zamanı ingilis azarkeşləri italyanlara hücum etmişdi. Yaranan yaranan panika nəticəsində stadionun bir divarı çökmüş və 39 nəfər həyatını itirmişdi. Bu oyunda “Yuventus”un yeganə qolunu Platini penaltidən vurmuşdu.

Xəbər 861 dəfə oxundu.