Ağsuda futbol üzrə rayon birinciliyi
5-8 Mart 11-14 yaşlı məktəblilər arasında “5 mart – bədən tərbiyəsi və idman günü” münasibətilə şəhər stadionunda futbol üzrə rayon birinciliyi keçirilib.

180 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi bədən tərbiyəsi və idman gününü qeyd etmək və rayonumuzda futbol idman növünün kütləviliyinə nail olmaq və rayon futbol komandasının yaradılması üçün güclü futbolçuları aşkar etmək olub.

Sonda ilk yerləri tutmuş qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Xəbər 937 dəfə oxundu.