İmişlidə voleybol növü üzrə rayon birinciliyi
Qoşma İmişli rayon Gənclər və İdman idarəsi “5 mart – Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar 27 fevral – 6 mart tarixlərdə 17-18 yaşlı məktəblilər arasında İmişli şəhər 2 saylı orta məktəbin idman zalında voleybol növü üzrə rayon birinciliyi keçirilib. Yarışda rayon ümumtəhsil məktəblərindən 16 komanda iştirak edib.

Gərgin gedən mübarizə nəticəsində yarışda birinciyə 5 saylı, ikinciyə 8 saylı, üçüncüyə 1 saylı şəhər orta məktəblərinin komandaları layiq görülüblər.

Sonda qalib komandalar idarətərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

Xəbər 842 dəfə oxundu.