“Real”da forma satışları artıb
“Barselona”nı Kral Kubokunda və Liqa Liqada yenən, “Mançester Yunayted”i Çempionlar Liqasında mübarizədən kənarlaşdıran “Real”da forma satışları artıb. “Marka” qəzeti “Kral Klubu”nda ən çox forması satılan 5 futbolçunu müəyyənləşdirib.

Son dövrlər formasının zirvəsində olan Kriştiano Ronaldo yenə də azarkeşlərin maraq dairəsindədi. Portuqaliyalı ulduz “Real”da forması ən çox satılan futbolçular siyahısına başçılıq edir.

Ronaldonu Almaniya millisinin və “Real”ın 10 nömrəsi Məsut Özil izləyir. Türk əsilli futbolçunun formaları hər ötən gün azarkeşləri daha çox maraqlandırır.

İker Kasilyas baş məşqçi Joze Mourinyonun “qara siyahısı”na düşsə də, azarkeşlərin gözündən düşməyib. Dünyanın ən yaxşı qolkiperi hesab olunan İker forma satışlarında üçlüyü qapayır.

Serxio Ramos da azarkeşlərin maraq dairəsində olan isimdi. “Real”ın müdafiə xəttinin onurğa sütunu hesab olunan futbolçu “Barselona” ilə La Liqa matçında qələbə qoluna imza atmaqla yenidən azarkeşlərin sevimlisinə çevirilib. Ramos “Mançester Yunayted” matçında topu öz qapısına vursa da, bu hərəkəti forma satışlarına təsir etməyib.

“Real”da forması ən çox satılan 5-ci futbolçu Xabi Alonsodu. Xarizması, oyun bilgisi, uzun mənzilli ötürmələri ilə orta sahənin “kralı”na çevirilən futbolçu azarkeşlərin qəlbindəki yerini qoruyur.

Beşliyi argentinalı Qonzalo Hiquayn və fransalı Kərim Benzema izləyir.

Xəbər 926 dəfə oxundu.