«Redinq»ə Ziqnareviçin xanımından dəstək
İngiltərə «Redinq»inin işləri heç də yaxşı getmir. İdman.com.az saytı xəbər verir ki, rusiyalı milyardçı Anton Ziqnareviçin klubu əvvəlkitək sönük oyunla Premyer Liqanın dibində yer almaqdadır. Ziqnareviçin özünün komandanın döyüşkən ruhunu qaldırmaq üçün üsulları artıq tükənib.

Belə vəziyyətdə iş adamının köməyinə xanımı gəlib. Ziqnareviçin həyat yoldaşı Yekaterina həm də top-modeldir. Missis Ziqnareviç məşhur alt paltarları istehsalçılarından birinin məhsullarını reklam edərək, bütün Dumanlı Albionu heyrətə gətirib.

O cümlədən «Redinq»in fanatlarını. Doğrusu, Katerina öz bədəni ilə «Redinq»in futbolçularına bu mövsüm artıq kömək edə bilməyəcək. Komanda üçün hər şeyi bitmiş kimidir. Gələn çempionat üçünsə yəqin artıq yeni komanda yığmaq lazım gələcək.

Xəbər 976 dəfə oxundu.