Depardye «Terek»in fan-klubunda
Keçmiş Fransa vətəndaşı, indi isə Rusiyada sığınacaq tapmış Məşhur aktyor Jerar Depardye yeni ölkəsinin futbol həyatından da uzaq qalmaq niyyətində deyil. Bir qədər öncə o, hansı kluba azarkeşlik edəcəyi barədə düşünəcəyini söyləmişdi. Depardyeni fan-zonasına cəlb etmək uğrunda mübarizədə Qroznı «Terek»i Saransk Mordoviyasını qabaqlayıb.

İdman.com.az saytı xəbər verir ki, çeçen komandasının rəhbərliyi də bu seçimə müqabil keçmiş fransalını «Terek»in rəsmi fan-klubunda qeydiyyata almağa hazır olduğunu bəyan edib. Bu bəyanatı komandanın vitse-prezidenti Heydər Alxanov verib. O, aktyorun «Terek»in oyununa baxmağa gələcəyinin gözlənməsi barədə sualın cavabında deyib:

«Əgər respublikanın başçısı onu dəvət etmək istəsə, olar. Bu, mənim səlahiyyətimdə deyil. Lakin mümkündü. Biz ona şad olarıq. Nə üçün də Jerarı azarkeşlər klubuna qəbul etməyək, məmnuniyyətlə qəbul edərik! Düşünürəm ki, o, etiraz etməyəcək».

Xəbər 1045 dəfə oxundu.