«Real»ın 111 yaşı tamam olub
111 il öncə – 1902-ci il martın 6-da futbol tarixinin ən nəhəng klublarından olan «Real» yaranıb. Həmin tarixdə «Madrid Foot Ball Club»un ilk direktorlar şurası seçilib. O zamandan bəri dünya futbolunun lideri olan klubu FİFA 20-ci əsrin ən yaxşı komandası seçib.

İdman.com.az saytı xəbər verir ki, «Real»da Di Stefano, Puşkaş, Hento, Amansio, Xuanito, Butraqenyo, Raul, Zidan, Kasilyas, Ronaldo kimi ulduzlar oynayıb və komandaya çoxsaylı böyük zəfərlər gətiriblər. Bu uğurların sırasında 9 Çempionlar Kuboku xüsusi seçilir.

Bu göstərici ilə komanda turnirin mütləq rekordçusudu. Uğurlar sırasında 32 dəfə İspaniya çempionluğu, 3 Qitələrarası Kubok, 2 UEFA Kuboku, 1 Avropa Superkuboku, 18 İspaniya Kral Kuboku, 9 ölkə superkuboku zəfəri və çoxsaylı başqa nailiyyətlər də var.



Xəbər 909 dəfə oxundu.