Terim onun yerini doldura bilmədi
«Qalatasaray»ın keçən mövsüm çempionluğunda böyük pay sahibi olan Tomas Uyfaluşinin zədəli olması komandanın bu mövsümkü müdafiə xəttini böyük təsir göstərib. 2011-2012-ci illər mövsümünün başında Madrid «Atletiko»sundan 3,5 milyon avro qarşılığında alınan təcrübəli müdafiəçi zədə almasının ardından «Qalatasaray»ın müdafiəsi heç cür sabitliyi təmin edə bilmir.

«Atletiko»dan 33 yaşında alınan və yaşı səbəbiylə ilk vaxtlar çox tənqid olunan çex müdafiəçi istər meydandakı oyunu, istərsə də, meydandan kənarda komanda yoldaşları və ətrafıyla olan əlaqəsiylə bütün tənqidlərə ən yaxşı cavabı verib.

Keçən il qazanılan çempionluqda böyük payı olan Uyfaluşi, eyni zamanda yanında oynayan gənc müdafiəçi Semih Qayanın da inkişafında böyük rol oynayıb. Ötən mövsüm sarı-qırmızılı forma ilə 39 rəsmi matça çıxan və bunların 38-də 90 dəqiqə meydanda olan təcrübəli müdafiəçi mövsüm başında yaşadığı zədədən sonra «Qalatasaray»ın da müdafiəsində çətin günlər yaşanmağa başlanıb. Bu mövsüm yalnız 2 liqa matçında forma geyinə bilən oyunçunun zədə almasınının ardından, transferin başa çatmasına qısa vaxt qalarkən «Lion»dan təcrübəli müdafiəçi Kris alındı. Ancaq o da Uyfaluşinin yerini doldura bilməyərək, müqaviləsi qarşılıqlı olaraq ləğv edilib.

Fateh Terim müdafiə xəttində Semih, Dani, Kris və Göyxan Zan dördlüyündən heç bir zaman Semih-Uyfaluşi cütlüyü qədər səmərə ala bilməyib. Bu hal komandanın müdafiədə göstəricilərinə də mənfi təsir edib. Keçən il liqada oynanan 24 matç sonunda «Qalatasaray» yalnız 17 qol buraxdığı halda, bu rəqəm cari mövsümdə 27-yə qədər yüksəlib. Eyni zamanda keçən mövsüm ilk 24 qarşılaşmanın 12-də qapısını toxunulmaz saxlamış «Qalatasaray», bu mövsüm yalnız 6 matçı qol yemədən başa vurub.

İdman.com.az saytı xəbər verir ki, mövsümün böyük bir qismini qaçırmasına baxmayaraq, «Qalatasaray»ın Superliqada oynayacağı «Gənclərbirliyi» ilə matça hazırlıqlarında Uyfaluşinin fizioterapevt nəzarətində qaçışlara başlaması komandada üzləri güldürüb.

Xəbər 1041 dəfə oxundu.