Cüneyd Çağıra ölüm təhdidləri
UEFA Çempionlar Liqasının pley-offunda «Old Trafford»da «Mançester Yunayted»lə Madrid «Real»ı arasındakı oyunun ikinci yarısında «Qırmızı şeytanlar»dan Naniyə qırmızı vərəqə göstərən türk hakim Cüneyd Çağır ingilis mediasının gündəmindən düşmür. «Mançester Yunayted» cari Çempionlar Liqasında taleyini məhz Cüneyt Çakırın Nani ilə bağlı qərarının həll etdiyi hesab edilir. İngilislər türk hakimi bu səbəbdən «oğru» və «soyğunçu» adlandırırlar.

İdman.com.az saytı xəbər verir ki, azğın ingilis fanatlar Çağıra qarşı hiddətlərini ölüm təhdidləri ilə sosial mediadan bildirərkən isə Britaniya polisi hərəkətə keçəsi olub. Belə azarkeşlərdən biri də «oğurluq səbəbilə Cüneyd Çağırın həbs olunmasını» istəyib. Polis bu sətirlərin 18 yaşlı müəllifini müəyyən edib, onun Nottingemşirdəki evini ziyarət etdi. Polis şefi Ted Antilllə söhbətdən sonra 18 yaşlı fanat öz sözlərinə görə Cüneyt Çağırdan üzr istəyib.

Digər yandan Naninin meydandan qovulmasına etirazlarını bildirən mançesterlilərin UEFa tərəfindən cəzalandırılması da gündəmdədi. İngilis klubunun baş məşqçisi Aleks Ferqyuson oyundan sonra mətbuat konfransına qatılmamış, oyunçularına da danışmağa icazə verməmişdi.

Onun köməkçisi Mayk Felan bunu baş məşqçinin qırmızı vərəqəyə görə əsəbləşdiyindən mətbuat konfransında sakit danışmaq halında olmaması ilə izah edib. Ancaq bu hal Ferqyusonun mövcud qaydalara zidd hərəkətinə imkan vermir. Bu səbəbdən baş məşqçinin hərəkətinə UEFA-nın nizam-intizam komitəsinin toplantısında baxılacaq.

Digər tərəfdən «Mançester Yunayted»in müdafiəçisi Rio Ferdinand hakimin oyunu idarə etməsini final fitindən sonra Çağırın ünvanına kinayəli alqışlarla qarşılaması ilə də diqqəti çəkib. Lakin UEFA-dan Rio Ferdinandın cəzalandırılmayacağı bildirilib.

Xəbər 1035 dəfə oxundu.