Ağsuda voleybol idman növü üzrə rayon birinciliyi
Ağsuda “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

1 saylı məktəb liseyində 60 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Beynəlxalq Qadınlar gününü qeyd etmək və qızlar arasında voleybol idman növünü inkişaf etdirmək, güclü voleybolçu qızları aşkar etmək olub.

Sonda birinciyə 4 saylı, ikinciyə 1 saylı məktəb lisey, üçüncü yerə 2 saylı tam orta məktəbin komandası layiq görülüblər.

Qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Xəbər 3579 dəfə oxundu.