Neftçala rayonunda tədbir keçirilib
Martın 5-də Neftçala rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, idarə və təşkilatların,ümümtəhsil məktəblərinin iştirakı ilə ilə “5 mart – bədən tərbiyəsi və idman günü” münasibəti ilə tədbir keçirilib.

Mərkəzi stadionda 357 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi “Bədən tərbiyəsi və İdman günü”nün qeyd olunması, kütləviliyin və fəallığın artırılması olub.

Sonda qaliblər və məşqçi-müəllimlər mükafatlandırılıb.

Xəbər 1109 dəfə oxundu.