Ağsuda şahmat idman növü üzrə rayon birinciliyi
1-3 mart tarixlərdə Uşaq Gənclər şahmat məktəbində “5 mart – bədən tərbiyəsi və idman günü” münasibətilə yeniyetmələr arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.

Bədən tərbiyəsi və idman gününü qeyd etmək və rayonumuzda şahmat idman növünün inkişafına nail olmaq, güclü şahmat oyunçularını aşkar etmək olub məqsədi ilə keçirilən yarışda birinciyə Elbəy Babalı, ikinciyə Pünhan İsmayılov, üçüncü yerə Aytac Umudova layiq görülüblər.

Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Xəbər 1138 dəfə oxundu.