Astarada rayon turniri bir sıra tədbirlər həyata keçirilib
“5 Mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə Astara rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib.

1-4 mart tarixlərdə Astara UGİM –də yeniyetmə və gənclər arasında Boks üzrə rayon turniri keçirilib. Turnirdə 47 idmançı mübarizə aparıb. Qaliblər RGİİ –nin fəxri fərmanlarına layiq görülüblər.

2-5 mart tarixlərdə M. Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin idman meydançasında mini futbol üzrə rayon turniri keçirilib.
Turnirdə 6 komanda mübarizə aparıb. Qalib komandalar RGİİ –nin fəxri fərmanlarına layiq görülüblər.

3-4 mart Astara Olimpiya İdman Kompleksində Taekvando üzrə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.Turnirdə 55 idmançı mübarizə aparıb.


4-5 mart tarixlərdə Astara Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında Sərbəst güləş üzrə rayon turniri keçirilib. Turnirdə 105 idmançı mübarizə aparıb.

Mart 5-də Astara OİK –də yeniyetmə və gənc oğlan və qızlar arasında 3 km məsafəyə kütləvi kross yarışı keçirilib. Yarışda 115 nəfər idmançı mübarizə aparıb.

Mart 5-də Astara OİK –də “Gənclərin vətənpərvərlik tərbiyəsində idmanın rolu” mövzusunda seminar keçirilib. Seminarda 135 nəfər idmançı, məşqçi və nümayəndə iştirak edib.

Qeyd edək ki, rayonun ümumtəhsil müəssisələri, Astara Pedaqoji Kolleci və bələdiyyələrində kütləvi idman tədbirləri təşkil olunub.

Tədbirlərin açılış mərasimində Astara RGİİ –nin rəisi Ə.Əliyev çıxış edib. O, ölkəmizdə Olimpiya hərəkatı və idmana yüksək münasibət, rayonda idmana və idmançılara qayğı, respublika və rayon idmançılarının nailiyyəti barədə geniş məlumat verib.

Ə. Əliyev yekun olaraq bildirmişdir ki, bu nailiyyətlərin qazanılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yürütdüyü gənclərlə iş və idman sahəsində dövlət siyasətinin məntiqi nəticəsidir.

Xəbər 2711 dəfə oxundu.