Messi "Barselona"dan ayrılacaq
“Barselona”nın lideri Lionel Messi karyerasını Argentina klubunda bitirmək fikrindədir.

Ulduz futbolçu “Nyus Old Boyz”da oynamaq və futbol karyerasını doğma ölkəsində başa vurmaq istədiyini bildirib:

“Nə qədər futbol oynayacağımı bilmirəm. Amma “Nyus Old Boyz”a qayıdacam və karyeramı orda bitirəcəm. Bunu həqiqətən ürəkdən arzulayıram. Argentina çempionatında da oynamaq istəyirəm”.

Argentinalı futbolçu “Barselona” ilə müqaviləsini 2018-ci ilin yayına qədər uzadıb.

Xəbər 875 dəfə oxundu.