Astarada zona birinciliyi keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin və Respublika Veteranlar Şurasının birgə qərarı ilə təsdiq edilmiş ümumtəhsil məktəblərin 7-8-ci sinif şagirdləri arasında “Cəsurlar” hərbi idman və turizm oyununun əsasnaməsinə uyğun olaraq mart 4-də Astara rayonunda Respublika zona birinciliyi keçirilib.

Vətənpərvərlik oyununun keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların ordu sıralarına xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarət olub.

Yarış Şıxəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbin idman meydança- sında Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayon komandaları, ümumən 56 nəfər şagird, 16 nəfər nümayəndə, 15 nəfər hakimlər heyyəti, RGİİ, RTŞ, SHÇDX Astara rayon şöbəsinin əməkdaşları, rəhbər işçiləri iştirakı ilə təşkil olunub.

“Sıra hazırlığı” və “Estafet” mərhələsindən ibarət olaraq keçirilmiş yarışda
Sonda Cəlilabad, Neftçala və Lerik rayon komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər. Fəxri yerləri qazanan komandalar Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarına, RGİİ-nin kubok və medalları ilə təltif olunublar.

Birincivə ikinci yerlərə layiq görülən komandalar 2013-cü ilin aprel ayında C.Naxçıvanski adına hərbi liseydə keçiriləcək yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Xəbər 993 dəfə oxundu.