Gəncədə Respublika turniri keçirilib
27 fevral-5 mart tarixlərdə Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə “5 mart bədən tərbiyəsi və idman günü” nə həsr olunmuş basketbol üzrə 13-16 yaşlı yeniyetmə oğlanlar arasında Respublika turniri keçirilib.

Gəncə Olimpiya İdman Kompleksində 160 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi basketbol idman növünün şəhərdə inkişafına nail olmaq, Respublikanın şəhər və rayonları ilə dostluq əlaqələrinin gücləndirilməsi olub.

Sonda komanda hesabında ilk yerləri tutmuş qaliblər mükafatlandırılıblar.

Xəbər 847 dəfə oxundu.