Qaxda Kross qaçış üzrə rayon birinciliyi keçirilib
Martın 5-də Qax rayonunda “5 mart bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş Kross qaçış üzrə rayon birinciliyi keçirilib.

200-dən artıq idmançının iştirakı ilə keçirilən yarışda qızların arasında Aynurə Rəhimli birinciyə, Aygül Kənanzadə ikinciyə, Şəms Hüseynzadə üçüncüyə, oğlanlar arasında Rüstəm Rəşidov birinciyə, Mamed Rəşidov ikinciyə, Ramil Azayev üçüncü yerə layiq görülüblər.

Xəbər 1030 dəfə oxundu.