Sumqayıt şəhərində “idman günü”
Marın 5-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “5 Mart - Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatları rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya, Avropa yarışları, Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə silsilə tədbirlər keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərindəki, abidəsi önünə əklil qoymuş, Şəhidlər xiyabanını ziyarət etmişlər.

Həmin gün 1 saylı UGİM-də əlamətdar bayram gününə həsr olunmuş üzgüçülük üzrə müxtəlif yaş qruplarında şəhərin açıq birinciliyi keçirilib.

Yarışda Bakı və Sumqayıt şəhərinin 70-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparıb. Ümumiyyətlə Baş İdarə tərəfindən bədən tərbiyəsi və idman günü münasibəti ilə futbol, otüstü hokkey, volebol, sambo, cüdo idman növləri üzrə yarışlar hazırlanıb həyata keçirilib.
Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin akt zalında bayram tədbirinə yekun vurulub.

Yekunda Gənclər və İdman Nazirliyi tərəfindən fəxri adlar almış - Nadir Quliyev və Elbrus Sadıqova Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Ağamusa Bağırov, Rövşən Veysəlov, Sahib İsmayılov və Emin Baydullayevə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi vəsiqələri təqdim olunub. 2012-ci ildə Dünya və Avropa yarışlarında yüksək idman nailiyyətləri əldə etmiş idmançılar və onların məşqçiləri hədiyələrlə, şəhərdə bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi səmərəli fəaliyyətinə görə bir qrup mütəxəssis Baş İdarənin fəxri fərmanı ilə təltif olunublar.

Xəbər 3608 dəfə oxundu.