Niklas Bendtnerə şok cəza verilib
“Arsenal”dan icarə əsasında “Yuventus”da forma geyən Niklas Bendtnerə şok cəza verilib. Cəza Danimarka Futbol Federasiyası tərəfindən verilib.

Danimarkalı futbolçu 6 ay müddətində millidə çıxış edə bilməyəcək. Bendtner şəxsi “Twitter” səhifəsində bu cəzaya görə üzgün olduğunu bildirib: “Hörmətli dostlar! Avtomobili içkili idarə edərkən polis tərəfində qeydə alınmışam. Bütün dostlarımdan və məni dəstəkləyənlərdən üzr istəyirəm, bütün məsuliyyəti öz üzərimə götürürəm. Buna görə çox üzgünəm”.

Xəbər 922 dəfə oxundu.