“Sumqayıt” hazırlıqlara başlayıb
Topaz Premyer Liqasının təsnifat mərhələsinin son oyununda səfərdə “Xəzər Lənkəran”la heç-heçə edən (2:2) “Sumqayıt” ikinci “altılıq”ın “Turan”la keçiriləcək ilk matçı üçün hazırlıqlara start verib. Bir günlük istirahətin artından komanda bu gün Bayıl Arenada növbəti məşqinə çıxıb.

Heyətdə zədəli futbolçu yer almır. Əvəzedici komandadan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da əsas komandaya cəlb olunub.

Xəbər 888 dəfə oxundu.