Şabran rayonunda 3 km məsafəyə kros yarışı keçirilib
Martın 5-də Şabran rayonunda "5 mart-bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş 3 km məsafəyə kros yarışı keçirilib.

Şabran rayon Mərkəzi Stadionunda 40 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi idmanın bu növündə istedadlı idmançıları aşkar etmək, idmanın kütləviliyinə nail olmaq və yüngül atletika idman növünü inkişaf etdirmək olub.

Sonda Süleyman Tağıyev, Heydər Həşimov, Elmar Fərzəliyev mütəmadi olaraq ilk yerlərə layiq görülüblər.

Xəbər 987 dəfə oxundu.