Futbol idman növü üzrə rayon birinciliyi
25 fevral- 3 mart tarixlərində 13-14 yaşlı oğlanlar arasında 5 mart “Bədən tərbiyəsi və idman” günü münasibəti ilə mini futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

Mini futbol meydançasında 120 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclər arasında yoldaşlıq əlaqələrinin yaradılması, “5 mart – bədən tərbiyəsi və idman günü” nün qeyd olunması olub.

Sonda birinciyə şəhər 1 saylı, ikinciyə Cəmilli kənd, üçüncüyə Hacıqərvənd kənd tam orta məktəb layiq görülüblər.

Xəbər 994 dəfə oxundu.