Samuxda idman ictimaiyyəti ilə dəyirmi masa keçirilib
Martın 5-də Samux rayon İcra hakimiyyətinin konfrans zalında rayon idman ictimaiyyəti ilə dəyirmi masa keçirilib. Dəyirmi masanı rayon İcra Hakimiyyəti başçısı A.Qocayev açaraq bayram münasibəti ilə rayon idmançılarını təbrik edib. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi R.Qareyev hesabat verərək rayonda fəaliyyət göstərən idman bölmələri və idman qurğuları haqqında iştirakçılara məlumat verib.

Tədbirdə iştirak edən UGŞM-nin direktoru F.Aslanov, Kikboksinq idman klubunun direktoru E.Salamov , “Zirvə”Ağır Atletika idman kompleksinin direktoru Z.Tağıyev və başqa idmançılarda öz çıxışlarında il ərzində əldə etdikləri nailiyyətlər və gələcək perspektivlər haqqında məlumat veriblər.

Təbirin sonunda il ərzində respublika çempionat və birinciliklərində uğur əldə etmiş idmançılar və onların məşqçi- müəllimləri rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 928 dəfə oxundu.