Qazax rayonunda görüş keçirilib
Martın 5-də Qazax şəhər Mədəniyyət və Turizm şöbəsinin akt zalında 5 mart - "Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş rayonun idman ictimaiyyəti və idmançıları ilə görüş keçirilib.

Tədbirdə rayonun tanınmış idman xadimləri, məşqçilər, 2012-ci il ərzində ölkə və dünya miqyaslı yarışlarda uğur qazanmış bir sıra idmançılar, habelə rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin əməkdaşları, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının tələbələri iştirak edib.

Çıxışlardan sonra yekunda bir qocaman idman xadimi, məşqçi və ötən ildə uğur qazanmış bir sıra idmançılar rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 856 dəfə oxundu.