Mourinyodan gözlənilməz açıqlama
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”lə cavab qarşılaşmasını şərh edib. İngiltərədəki matçda “mankunianlar” 1:2 hesabla “Kral” klubuna uduzmasına baxmayaraq portuqaliyalı mütəxəssis qələbəyə layiq olmadıqlarını bildirib:
“Ədalətlə danışsam, “Real” bu oyunla Çempionlar Liqasının 1/4 finalına layiq deyil. Oyunda dünyanın ən yaxşı komandası uduzdu. Yetərincə yaxşı oynamadıq. Qələbəyə layiq deyildik, amma nə edəsən ki, futbol belədi. “Mançester Yunayted”in tam heyətlə oynayacağı təqdirdə, qalib gələ biləcəyimizə şübhə edirəm”.

Xəbər 848 dəfə oxundu.