PSJ-nin heyətində itki baş verib
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günüdə “Valensiya” (1:2) ilə qarşılaşacaq PSJ-nin heyətində itki baş verib. Paris təmsilçisinin yarımmüdafiəçisi Jeremi Menez komandasına kömək edə bilməyəcək.

Belə ki, əvvəlcə adı görüşün sifariş ərizəsinə salınan Menez daha sonra zədələnərək sıradan çıxıb. Onun qasığındakı zədənin ciddi olduğu müəyyənləşib. PSJ-nin daha bir futbolçusu Zlatan İbrahimoviç də komandasını yalnız qoyacaq. Çünki isveçli hücumçu “Valensiya” ilə ilk oyunda qırmızı vərəqə ilə cəzalandırılmışdı. Həmçinin yarımmüdafiəçi Marko Verratti də sarı vərəqələrin çoxluğundan qarşılaşmada iştirak etməyəcək.

Xəbər 1196 dəfə oxundu.