“Xəzər Open” beynəlxalq şahmat festivalı davam edir
Martın 01-də İranın Rəşt şəhərində start götürən ənənəvi “Xəzər Open” beynəlxalq şahmat festivalı davam edir. Festival A B C və D qruplarında keçirilir .

Festivalda 9 ölkədən 608 şahmatçı qələbə uğurunda mübarizə aparır. Ölkəmizi müxtəlif qruplarda 43 şahmatçı təmsil edir.
7 oyundan sonra:
128 şahmatçının iştirak etdiyi A turnirində (güclülər) Sumqayıtlı şahmatçı Misrətdin İsgəndərov Gürcüstanlı beynəlxal usta Bachana Morciaşvilini məğlub edib və 7 mümkün xaldan 6 xal toplayaraq qrupa liderlik edir . Beynəlxalq usta Zaur Məmmədov 5.5 xal toplayaraq 6-cı , Nuri Murad isə 5 xal toplayaraq 9- cu yerdədir.
B qrupunda Zaur Bayramov və İsmayıl Şahəliyev 6 xal toplayaraq 3-9-cu yerləri bölüşdürürlər, Nasir Nuriyev isə 5.5 xal toplayaraq 10-cu yerdədir .

D qrupunda (qızlar) Nərmin Məmmədova 6 mümkün xaldan 5 xal toplayaraq hələlik 2-ci yerdədir.

C qrupunda həmyerlilərimiz Zaur Abbasov 5.5 xal , Rüstəm Bünyatov 5 xal və Muradlı Məhəmməd 4 xal toplayaraq 1-2-3-cü yerlərdə qərarlaşaraq qrupa liderlik edirlər.

Xəbər 916 dəfə oxundu.