Azərbaycan yığmasının heyəti açıqlanıb
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Rusiyanın Soçi şəhərində keçiriləcək “Kuban baharı” turnirində millimizin şərəfini 19 futbolçu qoruyacaq.

İspaniyalı baş məşqçi Patrisiya Qonzales daha çox UGİM-9-un üzvlərinə bel bağlayacaq. Bu komandadan 5 futbolçu turnirdə iştirak edəcək.

Yığmanın heyətində xarici klublarda çıxış edən 5 oyunçu da yer alıb: Aytac Şərifova, Kamilla Məmmədova, Sevinc Babayeva, Aliyə Vəliyeva, Aysun Əliyeva (hamısı UGİM-9), Mədinə Xələfova ("Məhsəti"), Əminə Heydərova, Nərgiz Ömərova, Nigar Cəlilli (hamısı "Fidan”), Olya Şioşvili ("Kürmük"), Jalə Məhsimova, Ləman Bağırova, Şəfəq Nəsirova (hamısı "Sumqayıt"), Suğra Xəlilova ("Zaqatala"), Leyla Solmaz (VFL "Zindelfinqen", Almaniya), Sevinc Qurbanova ("Norçepinq", İsveç), Maya Dangadze ("İmereti", Gürcüstan), Vivien Hillebrand ("Qrün Veys Neukoln", Almaniya), Melis Sarıaltın ("Köln", (Almaniya).

Qeyd edək ki, komandamız turnirdə ilk matçını sabah keçirəcək.

Xəbər 880 dəfə oxundu.