Qəbələdə nərd üzrə rayon birinciliyi
Martın 5-də Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “5 Mart bədən tərbiyəsi və idman günü”nə həsr edilmiş kişilər arasında Nərd üzrə rayon birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində məqsəd yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, rayonun yığma komandasının tərkibini müəyyən etməkdən ibarət olub.

Rayon birinciliyində rayonun kənd, qəsəbə və müxtəlif kollektivlərindən olan 45 nəfər nərd həvəskarı gərgin oyun nümayiş etdiriblər. Yarışın yekunlarına əsasən Qəbələ şəhər sakini Əlif Əhmədov birinciyə, Vəndam qəsəbə sakini Füzuli Əmiraslanov ikinciyə, Qəbələ şəhər sakini Məhəmməd Rüstəmov üçüncü yerə layiq görülüblər. Fəal iştirakına görə Ağahüseyn Tahirov fərqlənib.

Qaliblər rayon Gənclər və İdaman İdarəsi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunublar.

Xəbər 1126 dəfə oxundu.