Daşkəsəndə rayon birinciliyi keçirilib
2-4 mart tarixlərində Daşkəsən rayon Uşaq Gənclər İdman Məktəbində “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.

Yarışın məqsəd və vəzifələri “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd olunması, rayonda güləş idman növünün inkişaf etdirilməsi, idmanın kütləviliyinin təmin olunması və İdman Məktəblərinin VI Respublika Oyunlarına hazırlıq olunub. Yarışda 13 çəki dərəcəsi üzrə 52 idmançı öz qüvvəsini sınayıb. Hər çəki dərəcəsi üzrə yarışın qalibləri rayon Gənclər və İdman idarəsi tərəfindən təltif edilib.

“5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə Uşaq Gənclər İdman Məktəbində idman ictimayyəti ilə görüş keçirilmiş və bir qrup idmançılar rayon Gənclər və İdman idarəsi tərəfində qiymətli hədiyyələr verilib.

Xəbər 821 dəfə oxundu.