Beyləqanda şahmat üzrə rayon birinciliyi keçirilib
Fevralın 25-də Beyləqan rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Bədən tərbiyəsi və idman günü” münasibətilə 8-14 yaşlı oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Beyləqan rayon şahmat məktəbində 60 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi idman ictimaiyyətinin peşə bayramının qeyd edilməsi, şahmatın inkişaf etdirilməsi, yeniyetmələrin inyellektual səviyyəsinin yüksəldilməsi, oğlan və qızlardan ibarət yığma komandanın tərkibinin müəyyənləşdirilməsi olub.

Xəbər 866 dəfə oxundu.