FİFA çempionatı qışa sala bilər
FİFA 2022-ci il dünya çempionatının qışda keçirilməsi məsələsinə baxa bilər. Bu, həkimlərin Qətərin isti havasının futbolçuların sağlamlığına zərər verəcəyi barədə təsdiqləri olacağı halda baş verəcək. Ancaq belə qərar verilərsə, FİFA-nın Beynəlxalq Olimpiya Komitəsi arasında münasibətlər gərginləşə bilər.

Belə ki, həmin ilin qışında BOK Olimpiya oyunlarını keçirəcək. Sözügedən çempionatın qışa keçirilməsi məsələsi, az qala Qətərin yarışa ev sahibi seçioməsi günündən başlayıb. Havanın hərarəti yayda burada adətən 40 dərəcəni aşır. Hətta hərarətin 59 dərəcəyə çatması halı da baş vermişdi. Qətər nümayəndələri FİFA rəhbərlərini, yarış yayda keçirilərsə, kondisioner sistemləri ilə də təmin edəcəklərinə inandırırdılar.

İdman.com.az saytı xəbər verir ki, FİFA vitse-prezidenti şahzadə Əli bin Əl-Hüseyn hələ ötən yayda yarışın qışa keçirilməsinə çağırırdı. Bu ideyanı UEFA prezidenti Mişel Platin idə fəal dəstəkləyir. Dekabr və yanvar aylarında Qətərdə futbol oyunları üçün ideal hava şəraiti olur. Havanın hərarəti 23 dərəcə ətrafında olur. Lakin belə addım üçün bütün aparıcı milli çempionatların və qitə kuboklarının təqviminə əl gəzdirmək lazım gələcək.

Bu isə sponsorlarla problemlər yaradacaq. Platini hətta çempionatın 2021-ci ilin dekabrına keçirtməyi təklif edib və bunu həmin dövr təqviminin nisbətən seyrək olması ilə əsaslandırır.
FİFA-nın baş katibi Jerom Valke məsələ ilə bağlı deyib: «Həkimlərin hesabatına əsaslanaraq FİFA-nın çempionatı uyğun dövrə keçirəcəyi istisna deyil».

Çempionatın başqa ölkəyə keçirilməsi daha asan olardı. Lakin FİFA rəhbərliyi Qətər şeyxlərinin sponsorluq milyonlarını gözdən qaçırmaq istəmir. Problem məsələlərdən biri də dünya çempionatında pivə satışı ilə bağlıdır. Hələ ki, FİFA səviyyəsində bu məsələ müzakirə olunmayıb.

Xəbər 875 dəfə oxundu.