“Xəzər Open” beynəlxalq şahmat festivalı davam edir
Martın 1-də İranın Rəşt şəhərində start götürən ənənəvi “Xəzər Open” beynəlxalq şahmat festivalı davam edir. Festival özlüyündə A B C D qruplarına bölünür .

Festivalda 9 ölkədən 608 şahmatçı qələbə uğurunda mübarizə aparır. Ölkəmizi müxtəlif qruplarda 43 şahmatçı təmsil edir.
6 oyundan sonra:
128 şahmatçının iştirak etdiyi A turnirində (güclülər) Sumqayıtlı şahmatçı Misrətdin İsgəndərov 5 xal toplayaraq liderlər qrupundadır. beynəlxalq usta Zaur Məmmədov və Nuri Murad 4.5 xal toplayaraq 6-13 cü yerləri bölüşdürərək əlav ə göstəricilərinə görə 10-13 cü pillədə qərarlaşıblar.

B qrupunda Nasir Nuriyev , Zaur Bayramov, Elvin Bayramov və İsmayıl Şahəliyev 5 xal toplayaraq 5-18-ci yerləri bölüşdürürlər.
D qrupunda (qızlar) Nərmin Məmmədova 4 xal toplayaraq hələlik 3-cü yerdədir.

C qrupunda Zaur Abbasov 4.5 xal toplayaraq qrupa liderlik edir. Rüstəm Bünyatov isə aktivinə 4 xal yazaraq 2-ci yerdədir.

Xəbər 1028 dəfə oxundu.