Siyəzəndə boks üzrə açıq rayon birinciliyi
Siyəzən rayon Gənclər və İdman İdarəsinin 2013-ci ilin I yarımilliyi üçün tədbirlər planına uyğun olaraq Uşaq-Gənclər İdman Məktəbi ilə birgə 2-3mart tarixlərdə şəhər stadionunun idman zalında 5 Mart “Bədən tərbiyəsi və İdman günü” münasibətilə ilə 11-14 yaşlı yeniyetmələr arasında boks üzrə açıq rayon birinciliyi yarışları keçirib.

5 Mart “Bədən tərbiyəsi və idman günü”nün qeyd olunması, yeniyetmələr arasında idmanın kütləviliyinin artırılması, onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi, zərərli vərdişlərdən yayındırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, rayonda boks idman növünün inkişaf etdirilməsi, idmançılar arasında dostluq əlaqələrinin yaradılması və prespektivli boksçuların aşkar olunması məqsədilə Elman Abdullayevin baş hakimliyi ilə keçirilən yarışlarda yerli idmançılarla yanaşı Quba və Sumqayıt şəhərlərindən olan ümumilikdə 64 nəfər yeniyetmə idmançı 16 çəki dərəcəsində öz qüvvəsini sınayıb.

Sonda yarışda ilk yerləri tutmuş idmançılar Siyəzən rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1187 dəfə oxundu.