AFFA 2 komandanı çempionatdan çıxarıb
AFFA İntizam Komitəsi 4 komandaya texniki məğlubiyyət verib, 2 komandanı çempionatdan çıxarıb. Buna səbəb həmin klkomnadaların oyuna çıxmamaları olub.

Belə ki, “Azercell U-17 Liqa”da çıxış edən “Turan” “Gənclik”lə, “RSİ Real” isə “Məhsul”la (Cəlilabad) oyunda iştirak etməyib. Bu səbəbdən hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 və U-14 liqalarında çıxış edən Ağdaşın UGİM komandaları son turun müvafiq olaraq UGİM (Oğuz) və UGİM (İsmayıllı) ilə oyunlarında iştirak etməyib. Buna görə Ağdaş təmsilçilərinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Komandalar artıq 3 oyunda iştirak etmədiyi üçün yarışlardan kənarlaşdırılıb.

Xəbər 1032 dəfə oxundu.