Ağcabədidə cüdo idman növü üzrə rayon turniri
Martın 4-də Ağcabədi Rayon Mərkəzi Stadionunda 5 Mart “Bədən-tərbiyəsi və idman günü”nə həsr olunmuş 10-16 yaşlı yeniyetmələr arasında cüdo idman növü üzrə rayon turniri keçirilib.

32 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi rayonda cüdo idman növünün inkişaf etdirilməsi, “Bədən tərbiyəsi və idman günü”nün qeyd olunması olub.

Sonda Mirşahin Məmmədov, Həsənağa İbrahimli, Elnur Məmmədov müvafiq olaraq ilk yerlərə layiq görülüblər.

Xəbər 873 dəfə oxundu.