“Qarabağ” kubokun cavabı matçı üçün yığışıb
“Qarabağ” kubokun cavabı matçı üçün yığışıb. 1/4 final mərhələsinin cavab görüşündə “Qəbələ”ni qəbul edəcək Ağdam klubu bu gün bir məşqlə kifayətlənəcək.

“Qarabağ” oyunun keçiriləcəyi mərkəzi arenada saat 17.00-da məşqə çıxacaq. Çempionat çərçivəsində baş tutan sonuncu oyunda ağdamlılar 5 itkiylə mübarizə aparmışdı. Komandanın eyni aqibəti qəbələlilərlə oyunda yaşayacağı gözlənilmir. Belə ki, Ansi Aqollinin oynyacağı bəlli idisə, zədəli Riçard artıq komandayla məşqlərdə iştirak edir. Eləcə də Kristian Torres və yeni transfer Emeka Opara da komanda ilə çalışmalarda iştirak edir. Sadəcə, Branimir Subaşiçin meydana çıxma ehtimalı yoxdu.

Xəbər 884 dəfə oxundu.