Şəkidə qol güləşi üzrə şəhər turniri keçirilib
Martın 4-də İdman Sağlamlıq Mərkəzində “5 mart Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə Armrestlinq (Qol güləşi) növü üzrə şəhər turniri keçirilib.

30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi kütləviliyin artırılması, perspektiv idmançıları aşkar edərək zona komandasına cəlb etmək olub.

Sonda Bəxtiyar Rəsullu, Bəhruz Mənəfli, Taleh Mustafayev (65 kq), Mürsəl Məmmədov, Seymur Nəbiyev, Fəxri Abbasov (70,75 kq), Mikayıl Bəkirov, Mahir Məmmədov, Şamil Musayev (80, 85 kq), Elşən Məhyəddinov (90 kq), Kamran Qaffarov (+90 kq) müvafiq olaraq ilk yerlərə layiq görülüblər.

Xəbər 1607 dəfə oxundu.