Xəzər rayon açıq turniri
Martın 2-də Xəzər rayon Gənclər və İdman idarəsi, Sambo idman növünü təbliğ və inkişaf etdirmək, idmançılar arasında əlaqələrini möhkəmləndirmək, yeniyetmələrin idman ustalığını yüksəltmək məqsədilə, Xəzər rayon gənclər və İdman idarəsi «05 Mart Azərbaycanda Bədən tərbiyəsi və İdman günü»nə həsr olunmuş Sambo güləşi üzrə11-16 yaşlı yeniyetmələr arasında Xəzər rayon açıq turniri keçirilib.

Pirallahı İdman Mərkəzi ümumilikdə 150 nəfər idmançının iştirakı ilə keçirilən yarış 2 yaş qrupu üzrə 11 çəki üzrə keçirilib.

Sonda qalib gələn idmançılar diplom, medal və hədiyyələrlə təltif olunublar.

Xəbər 1054 dəfə oxundu.