Ağdamda rayon açıq birinciliyi keçirilib
Ağdam rayon Gənclər və İdman idarəsi tərəfindən Ağdam Olimpiya İdman Kompleksində “5 mart Bədən tərbiyəsi və idman günü” münasibətilə 2-3 mart 10- 16 yaşlı yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə Ağdam rayon açıq birinciliyi keçirilib.

Yarışın məqsəd “5 mart Bədən tərbiyəsi və idman günü” nün idmançılar arasında təbliği, sərbəst güləş üzrə idmançıların fiziki və texniki hazırlıqlarına baxış, qarşıdakı yarışlara hazırlıq, bu idman növünün inkişafının və kütləviliyinin artırılmasını dəstəkləmək, digər rayon (şəhər) idmançıları ilə dostluq əlaqələri yaratmaqdan ibarət olub. Açıq Birincilikdə yerli idmançılarla bərabər Bərdə, Yevlax və Qazax rayon idmançıları iştirak edib.

Yarışın nəticələrinə görə birinci, ikinci və üçüncü yerləri tutan idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1233 dəfə oxundu.