“Sivasspor” Türkiyə Super Liqasında növbəti matçına çıxıb
Millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” Türkiyə Super Liqasında növbəti matçına çıxıb. Sivaslılar 24-cü turda “Bursaspor”un qonağı olub.

Oyun Bursa təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. Bir neçə gündü zədəli olan Cihan qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Sivasspor” 29 xalla 12-ci pilləni tutur.

Xəbər 785 dəfə oxundu.