Rumıniya çempionatında XXI turun oyunları keçirilib
Rumıniya çempionatında XXI turun oyunları keçirilib. Milli komandamızın üzvü olan Elhad Nəzirinin komandası “Petrolul” evdə KSMS klubunu qəbul edib.

Bu oyunda da Nəzirinin adı “18-liy”ə salınmayıb. “Petrolul” isə hesabda geridə olsa da, Ovidiu Hoban və George Qrozavın qolları ilə növbəti qələbəsini qazanıb.

Qeyd edək ki, bu qələbə ilə “Petrolul” bir günlük də olsa IV sıraya yüksəlib. Ployeşti klubunun aktivində 37 xal var.

Xəbər 784 dəfə oxundu.