Məktəbdə idman günü qeyd olunub
Martın 2-də 99 saylı tam orta məktəbdə Valideyn-Müəllim Assosiasiyası tərəfindən “5 mart – Bədən tərbiyəsi və idman günü” nə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbir 2 hissədən – idman növləri üzrə nümunəvi çıxışlardan və rəsmi hissədən ibarət olub. Məktəbin idman zalında şagirdlərin iştirakı ilə futbol, voleybol, basketbol, həndbol, karate, bədii gimnastika, cüdo, şən startlar üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.

Sonda idmanın müxtəlif növlərində, həmçinin təhsilində, fənlər üzrə bilik yarışmalarında, məktəbdə keçirilən mədəni-kütləvi tədbirlərdə fərqlənən şagird və müəllimlər Valideyn – Müəllim Assosiasiyası tərəfindən diplomlarla təltif olunublar.

Xəbər 964 dəfə oxundu.