«Çelsi» Di Matteonun şəklini yığışdırdı
«Çelsi» hər yolla komandanı ötən il qitə klub zirvəsinə yüksəltmiş keçmiş baş məşqçisi Roberto Di Matteonu hər vəchlə komandanın tarixindən silməyə çalışır. Bu mövsümün əvvəlində stadionun qərb tribunası önündə Di Matteonun qitə mükafatını qazanmış oyunçularla şəkli asılmışdı.

İndi isə bu şəkil yenisi ilə əvəzlənib. Orada futbolçular «Alyans Arena»da Çempionlar Liqasının kuboku ilə təntənə etdikləri halda əks olunublar. Ancaq bu şəkildə artıq baş məşqçi yoxdur.

İdman.com.az saytı xəbər verir ki, bu qərar həmin şəkil asılmış divarın fonunda şəkil çəkdirməyi sevən azarkeşləri çox məyus edib. Klubdan bu addıma Di Matteonun artıq komandanı çalışdırmaması səbəbindən getməyin lazım olduğuna əmin etməyə çalışırlar. Lakin şəkildə artıq komandada olmayan futbolçular da var – Didye Droqba, Floran Maluda, Joze Bosinqva, Raul Meyreleş.

Özlərinə bəraət üçün London klubundan bildiriblər ki, arenanın digər hissəsində Di Matteonun İngiltərə Kuboku ilə şəkli var.

Xəbər 935 dəfə oxundu.